Bank Of Baku

Naci Şensoyun Azərbaycanda çalışmasına qadağa qoyulub

Naci Şensoyun Azərbaycanda çalışmasına qadağa qoyulub
# 15 may 2007 15:02 (UTC +04:00)
AFFA Nizam-İntizam Komitəsi “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoyu cəzalandırıb. “APA-Sport” agentliyinin məlumatına görə, türkiyəli mütəxəssisin cəzalandırılmasına səbəb onun mətbuatda AFFA əməkdaşlarının şərəf və ləyaqətinə alçaldıcı ifadələr işlətməsi olub. Nizam-İntizam Məcəlləsinin 61-ci maddəsinə əsasən, N.Şensoy yaxın 2 ildə AFFA-nın üzvü olan qurumlarında fəaliyyət göstərmək hüququndan məhrum edilib.
Qeyd edək ki, ötən həftənin sonlarında Bakıda səfərdə olan N.Şensoy mətbuata müsahibəsində xüsusilə AFFA-nın baş katibi Fuad Əsədovu tənqid edib. Milli assosiasiya indiyədək futbol veteranları Orucəli Durmuşov, Toğrul Hacıyev, Əhmədağa Cabbarov, eləcə də, hakim Elçin Məmmədovu analoji cəzaya məruz qoyub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR