Bank Of Baku

Fuad Əsədov: “MKT-Araz” klubunun dövlətə 400 min manat borcu var”

Fuad Əsədov: “MKT-Araz” klubunun dövlətə 400 min manat borcu var”
# 15 may 2007 16:22 (UTC +04:00)
“MKT-Araz” klubunun lisenziya almaq şansı yoxdur”. Bu sözləri AFFA-nın baş katibi Fuad Əsədov “APA-Sport” agentliyinə açıqlamasında deyib. F.Əsədov lisenziyalaşdırma məsələlərinə mayın 14-dək vaxt ayrıldığını və bu müddətədək güclülər dəstəsində mübarizə aparan klublardan altısının tələbləri yerinə yetirdiyini vurğulayıb: “Lisenziya almaq üçün müvafiq sənədləri mayın 4-dək AFFA-ya təqdim etmək lazım idi. Ancaq 6 klub sənədləri göndərmədi. Bu səbəbdən klublara daha 10 gün möhlət verdik. Reqlamentə əsasən, apelyasiya komitəsinə müraciət edib lisenziya almaq mümkün idi. Ancaq yenə də həmin komandalar lisenziya almağa səy göstərmədilər”. Baş katibin sözlərinə görə, “MKT-Araz” klubu 2007/2008 mövsümündə qitə miqyaslı yarışlarda iştirak edə bilməyəcək: “Lap kuboku qazansa belə, “MKT-Araz” avrokuboklara buraxılmayacaq”. F.Əsədov, həmçinin, “MKT-Araz”ın dövlətə borcu olduğunu vurğulayıb: “MKT-Araz”ın dövlətə külli miqdarda borcu var. Bu klubun vergi borclarının ümumi məbləği 400 min manata bərabərdir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR