Bank Of Baku

AFFA yoldaşlıq görüşü keçirməsi üçün Litvaya müraciət edib

AFFA yoldaşlıq görüşü keçirməsi üçün Litvaya müraciət edib
# 16 may 2007 08:32 (UTC +04:00)
Azərbaycan milli komandasına yoldaşlıq görüşü üçün rəqib axtaran AFFA rəhbərliyi Litva Futbol Federasiyası ilə danışıqlar aparır. Bu haqda “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Fuad Əsədov məlumat verib. F.Əsədovun sözlərinə görə, qarşı tərəfə göndərilən müraciətə hələlik rəsmi cavab verilməyib: “Litvalılara bir müddət öncə müraciət etmişik. Lakin hələ də onlardan rəsmi cavab almamışıq. Əslində, litvalılarla Bakıda və ya səfərdə oynamağın fərqi yoxdur”. Baş katib AFFA-nın rəqib seçimində çətinliklə üzləşdiyini də bildirib: “Ölkəmiz elə coğrafi mövqedə yerləşir ki, Avropa komandaları Azərbaycana gəlmək istəmirlər. Bu səbəbdən yığmamıza rəqib axtararkən çətinlik yaranır”. Azərbaycan və Litva razılığa gəlsələr, bu il avqustun 22-də, FİFA-nın milli komandaların beynəlxalq yoldaşlıq görüşü keçirməsi üçün təyin etdiyi vaxtda qarşılaşacaqlar. Azərbaycanla Litva isə indiyədək yalnız bir dəfə üz-üzə gəliblər. 1998-ci il mayın 16-da Estoniyanın Viljandi şəhərində keçirilmiş beynəlxalq turnirdə baş tutan oyunda Azərbaycan milli komandası 2:1 hesabı ilə qələbə qazanıb. Həmin qarşılaşmada Vaqif Sadıqovun rəhbərlik etdiyi yığmamızın heyətində Rasim Abuşov dub edib. Litva yığmasından isə hazırda Bakının “İnter” klubunun şərəfini qoruyan Tomas Rajanauskas fərqlənib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR