Bank Of Baku

Ağasəlim Mircavadov: “Hər şey pulla həll olunsaydı, Səudiyyə Ərəbistanı dünya çempionu olardı”

Ağasəlim Mircavadov: “Hər şey pulla həll olunsaydı, Səudiyyə Ərəbistanı dünya çempionu olardı”
# 16 may 2007 09:14 (UTC +04:00)
“Futbolda hər şey pulla həll olunsaydı, Səudiyyə Ərəbistanı dünya çempionu olardı”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadov “Olimpik” klubunu çempionluq uğrunda rəqibləri olan “Neftçi” ilə sabahkı oyunda maddi cəhətdən stimullaşıdrmadıqlarını söyləyib: “Axı hər şey pulla həll olunmur. Futbolda ilk növbədə təmiz idman mübarizəsinə üstünlük vermək lazımdır. Mən həmişə bunun tərəfdarı olmuşam. Kim güclüdürsə, o da qalib gəlsin. “Olimpik”in bizimlə Lənkərandakı görüşdə göstərdiyi oyun adına yaraşır”. A.Mircavadov bildirib ki, sabah “Neftçi” ilə keçirəcəkləri oyunda “Olimpik” öz gücünü ortaya qoymalıdır: “Təkcə “Olimpik” yox, bütün klublar gücünü rəqibinə göstərməlidir. “Olimpik” də özünəməxsus yaxşı ad qazanıb və “Neftçi” ilə oyunda gücünü ortaya qoymalıdır”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR