Bank Of Baku

FİFA “Xəzər-Lənkəran”a 80000 dollar təzminat ödənilməsi barədə qərar çıxarıb

FİFA “Xəzər-Lənkəran”a 80000 dollar təzminat ödənilməsi barədə qərar çıxarıb
# 16 may 2007 09:51 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubu müqavilə ona məxsus olan kolumbiyalı hücumçusu Xorxe Diasla bağlı yaranan münaqişədən qalib ayrılıb. Komandanın mətbuat xidmətinin rəhbəri Zaur Əzizov “APA-Sport” agentliyinə açıqlamasında FİFA-nın X.Diasın məsələsinə baxaraq, “Xəzər-Lənkəran”ın xeyrinə qərar çıxardığını bildirib: “Diasla bağlı məsələdə sənədləşdirmə işləri ilə mən məşğul olurdum. FİFA-nın beş nəfərdən ibarət komissiyası Diasla yaranan qalmaqala baxıb. Bu beş nəfərdən ikisi cənubi amerikalı, ikisi avropalı, biri afrikalı olub. Yaranan mübahisəli məsələdə “Xəzər-Lənkəran” haqlı tərəf sayılıb. Bu səbəbdən Dias klubumuza 80 min dollar təzminat ödəyəcək. FİFA, həmçinin, Diası 4 aylıq diskvalivikasiya edib”.
Qeyd edək ki, X.Dias ailə məsələlərini bəhanə gətirərək, qış fasiləsində “Xəzər-Lənkəran”ın sıralarına tərk edib vətəni Kolumbiyaya yollanmışdı. Həmin vaxtdan X.Dias “Junior Deportivo” klubunun şərəfini qoruyur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR