Bank Of Baku

Azərbaycan FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub

Azərbaycan FİFA-nın reytinq siyahısında mövqeyini qoruyub
# 16 may 2007 10:18 (UTC +04:00)
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) yeni reytinq siyahısını dərc edib. “APA-“Sport” agentliyinin məlumatına görə, ötən ay olduğu kimi, sıralamaya yenə son dünya çempionu İtaliya başçılıq edir. Bir pillə irəliləyən Braziliya ikinci yerdə qalxıb. Argentina millisi isə aprellə müqayisədə bir pillə geriləyərək üçüncü mövqedədir. Azərbaycan yığmasına gəlincə, komandamız cədvəldə yenə 103-cü yerdədir. Millimizin Avropa çempionatının seçmə qrup mərhələsindəki rəqiblərindən ən yaxşı göstərici ötən ay olduğu kimi yeddinci pillədə olan Portuqaliyaya məxsusdur. İyunun 2-də Bakıda yığmamızla qarşılaşacaq Polşa üç pillə irəliləyərək 18-ci yerə qalxıb. Serbiya yığması bir pillə sıçrayış edib. İndi serbiyalılar 31-ci pillədədir. Mövqeyini qoruyan Finlandiya 45-ci, üç pillə geriləyən Belçika 62-ci yerdədir. İyunun 6-da Almatıda Azərbaycanı qəbul edəcək Qazaxıstan bir pillə irəliləyib və hazırda 115-ci mövqedədir. İşğalçı Ermənistan yığması isə bir pillə geriləyərək, 128-ci sıradadır. Postsovet məkanı ölkələrindən ən yaxşı göstərici 11-ci sırada yerini qoruyan Ukraynaya məxsusdur. Türkiyə isə iki pillə geriləməklə, 19-cu pilləyə düşüb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR