Bank Of Baku

“Mədəniyyətlər Dialoquna gedən yolda Dialoq Mədəniyyətinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçiriləcək

“Mədəniyyətlər Dialoquna gedən yolda Dialoq Mədəniyyətinin əhəmiyyəti” mövzusunda dəyirmi masa keçiriləcək
# 16 may 2007 10:23 (UTC +04:00)
BMT İctimai İnformasiya Departamenti (BMT İİD), UNESCO üzrə Azərbaycan Milli Komissiyası, Atatürk Mərkəzi və “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyası “Mədəniyyətlər Dialoquna gedən yolda Dialoq Mədəniyyətinin əhəmiyyəti” mövzusunda birgə dəyirmi masa keçirəcək. APA-nın məlumatına görə, tədbir Ümumdünya Dialoq və İnkişaf Naminə Mədəni Müxtəliflik Günü ərəfəsində təşkil olunur. BMT İİD-nin Azərbaycandakı nümayəndəsi Envera Selimoviç deyib ki, tədbirin əsas məqsədi mədəniyyətlər dialoquna gedən yolda vacib bir ünsür olan dialoq mədəniyyəti haqqında cəmiyyətin biliklərinin artırılmasıdır.
Qeyd edək ki, Baş Assambleya 20 dekabr 2002-ci ildə 21 may tarixini Ümumdünya Dialoq və İnkişaf naminə Mədəni Müxtəliflik Günü elan edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR