Bank Of Baku

Naci Şensoy: “AFFA barəmdə anti-demokratik qərar çıxarıb”

Naci Şensoy: “AFFA barəmdə anti-demokratik qərar çıxarıb”
# 16 may 2007 11:04 (UTC +04:00)
“AFFA-nın haqqımda qəbul etdiyi qərara hörmətlə yanaşıram. Ancaq bu, anti-demokratik qərardır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Turan” klubunun sabiq baş məşqçisi Naci Şensoy deyib. Türkiyəli çalışdırıcının sözlərinə görə, AFFA əməkdaşlarının şərəf və ləyaqətini alçaltmayıb: “Mən heç kimi təhqir etməmişəm. Sadəcə, öz fikrimi bildirmişəm, bəzi çatışmazlıqları dilə gətirmişəm”. N.Şensoy irəli sürdüyü fikirlərlə Azərbaycan futbol ictimaiyyəti nümayəndələrinin razılaşdığını vurğulayıb: “Cəzalandırılmağımın səbəbi mənə məlum deyil. 29 yaşımadək Yuqoslaviyada demokratik şəraitdə böyümüşəm. Sonra Türkiyədə yaşamışam. Həmişə demokratikliyimlə seçilmişəm. Sorğu keçirsəniz, görəcəksiniz ki, Azərbaycanda mənim fikirlərimlə rəhbər şəxslər də, məşqçilər də, futbolçular da razıdırlar”. N.Şensoy bildirib ki, AFFA-nın qərarından apelyasiya verməyəcək: “Buna gərək yoxdur. Məgər Naci Şensoy Azərbaycanda işləməyə məcburdur?” /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR