Bank Of Baku

Rasim Kara “Qaraba𔝠klubundan ayrılmaq istəyir

Rasim Kara “Qaraba𔝠klubundan ayrılmaq istəyir
# 17 may 2007 10:41 (UTC +04:00)
“Üç ildir, Azərbaycandayam. Cari mövsümün ortalarında “Qaraba𔝠klubu ilə müqavilə bağlamışam. Burada legioner limiti 5+2-dir. Bundan yararlanıb Azərbaycanın istedadlı oyunçuları ilə birgə gələn mövsüm üçün çempionluğa oynayan klub quracağıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu fikirləri Türkiyə mətbuatına müsahibəsində “Qaraba𔝠klubunun baş məşqçisi Rasim Kara bildirib. Türkiyəli çalışdırıcının sözlərinə görə, Azərbaycanda istedadlı gənclərin olmasına baxmayaraq, yaxın keçmişdə yaşanan futbol qalmaqalı mövcud bazanın yoxa çıxmasına səbəb olub: “Azərbaycandakı baxımsız və torpaq meydançalar mənim futbolçu olduğum illərdəki meydançaları xatırladır. Lakin sponsorlar sayəsində ölkə futbolu sürətlə inkişaf edir. Sponsorlar məşq bazaları və meydançalarının qurulmasına dəstək verirlər, futbol məktəbləri tikilməyə başlayıb”. R.Kara Azərbaycanda futbolun Türkiyədən geridə qaldığını söyləsə də, Türkiyə futbolunun qət etdiyi məsafə qədər vaxta ehtiyacının olmadığını vurğulayıb: “Pulları olduğu üçün qısa müddətdə toparlanacaqlar”. R.Kara, həmçinin, bildirib ki, yaxın illərdə Türkiyə komandalarından birini çalışdırmaq fikrindədir: “Təkliflər də almışam”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR