Bank Of Baku

Mircəlal Qasımov Nazim Süleymanovla Arif Əsədovu vida matçına dəvət edib

Mircəlal Qasımov Nazim Süleymanovla Arif Əsədovu vida matçına dəvət edib
# 17 may 2007 12:00 (UTC +04:00)
İyunun 2-də Özbəkistan milli komandasının futbolçusu Mircəlal Qasımovun vida matçı keçiriləcək. “APA-Sport” agentliyinin məlumatına görə, vida görüşünə Azərbaycandan 3 futbolçu dəvət olunub. M.Qasımov Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək oyuna keçmiş komanda yoldaşlarını çağırıb. Belə ki, az öncə Azərbaycan yığma komandasına seleksiyaçı-məşqçisi təyin edilən Nazim Süleymanov, 19 yaşınadək futbolçulardan ibarət milli komandamızın çalışdırıcısı Arif Əsədov, eləcə də, “Xəzər-Lənkəran”ın litvalı müdafiəçisi Daryus Jutautasa dəvət göndərilib. Lakin adıçəkilənlərin vida matçında iştirakı sual altındadır. Həmin vaxt N.Süleymanov Qazaxıstanda, A.Əsədov isə Norveçdə olacaq. Mayın 29-dan etibarən istirahətə buraxılacaq D.Jutautasın da vida oyununa gedəcəyi gözlənilmir.
Qeyd edək ki, M.Qasımov vaxtilə Rusiyanın “Alaniya” klubunda N.Süleymanov, A.Əsədov və D.Jutautasla birgə oynayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR