Nazim Süleymanov: “Alın təri ilə nüfuz qazansam da, Azərbaycandan qovuldum”
- Bu gün ekspert komissiyasının iclasında iştirak etməklə, AFFA-da rəsmən fəaliyyətə başladınız. İlk iş günü sizdə hansı təəssüratlar yarandı?
- Ekspert komissiyasının ilk iclasında bəzi məsələlər müzakirə olundu. Ancaq ortada konkret faktlar, müraciətlər yoxdur.
- Sizcə, ekspert komissiyasının mövsümün sonunda yaradılması gecikmiş addım deyil?
- Gecikmiş addımdır. Hər halda, gec də olsa, irəliyə doğru bir addım atıldı. Çempionatın qalan iki turunun oyunlarını izləyəcəyik, müraciət olarsa, müzakirəyə çıxaracağıq.
- Azərbaycan çempionatında danışılmış oyunlar var?
- Buna dünyanın bütün ölkələrində rast gəlmək mümkündür. Azərbaycanda oyun alqı-satqısının qarşısını almaq çox asandır. Müvafiq orqanlar qarşılıqlı fəaliyyət göstərərək, qəti qərarlar verməlidir.
- AFFA-nın yeni rəhbərliyi indiyədək sizinlə əməkdaşlıq etməyib. Hətta son bir ildə işsiz qalsanız da, AFFA sizə ehtiyac duymayıb. Lakin bu günlərdə birdən-birə iki vəzifəyə təyin olundunuz...
- Mənim qəlbim futbola bağlıdır. Futbolda böyümüşəm, bu sahədə izlər qoymuşam. Rusiyada oynayarkən yüksək vəzifələrə də dəvət almışam. Amma həmişə imtina etmişəm, çünki mən yalnız futbolla yaşayıram. Ötən ilin mayından işsiz qalmağıma baxmayaraq, əslində, futboldan uzaqlaşmamışam.
- İşsiz olduğunuz dövrlərdə heç olubmu ki, AFFA rəhbərliyini qınayasınız?
- Bilirsiniz, klublar şəxsidir və AFFA-nın onlara təsir gücü yoxdur.
- Klubları deyil, sırf AFFA-nı nəzərdə tuturuq. Necə oldu ki, AFFA indi sizə dəvət göndərdi? Bəlkə Assosiasiya sizinlə əməkdaşlığa yubanıb?
- Məni dəvət ediblərsə, deməli, yığmaya lazımam. Yığmada çalışmaq mənim ürəyimcədir. Bu, təkcə mənim yox, hamımızın komandasıdır.
- 2003-cü ildə də milli komandada seleksiyaçı-məşqçi vəzifəsini daşımısınız. Bu dəfə iş metodunuz əvvəlkindən nə ilə fərqlənəcək?
- Həmin vaxt “Spartak”da forma geyinən Aleksandr Səmədovun Bakıya gətirilməsində, yığmanın üzvü Emin Quliyevin “Alaniya” ilə probleminin həll olunmasında və digər məsələlərdə rolum olub. İndi yenə də seleksiya işləri aparacağam. Bildiyimə görə, Belarusda, Ukraynada, həmçinin, Rusiyanın MOİK klubunda həmyerlilərimiz çıxış edirlər. Onların oyunlarını izlədikdən sonra milli komandanın heyətinə cəlb edilməsinə çalışacağam.
- Bəs, futbolçularımızın xarici klublara tranfserinə yardım edəcəksinizmi?
- Bu mənim səlahiyyətimə aid deyil. Amma futbolçularımızın hansısa əcnəbi komandaya keçidində kömək əlimi uzada bilərəm.
- Rusiya mətbuatında Nazim Süleymanovun yığmaya baş məşqçi gətirildiyi yazılıb. Necə düşünürsünüz, hadisələrin axarı buna aparmır ki?
- Elə deməzdim. İşsiz ola-ola öz planlarımla hərəkət edirdim...
- Bu planlar milli komandanın baş məşqçisi olmağa hesablanmayıb?
- Yox. Amma yığmada çalışmaq hər bir məşqçinin arzusudur. Mənə seleksiyaçı-məşqçi vəzifəsi həvalə olunduğundan sırf bu istiqamətdə fəaliyyət göstərəcəyəm.
- “Xəzər-Lənkəran”dan ayrıldıqdan sonra Rusiyanın I divizion klublarından təklif aldığınızı söyləmişdiniz. Nəyə görə həmin komandalardan biri ilə müqavilə bağlamadınız?
- Mənim Rusiya, Belarus, Latviya və Litvada menecerlərim var. Onlar mənə tələsməməyi məsləhət gördülər. Nəinki Rusiyadan, hətta Litva və Qazaxıstan klublarından da təklif almışdım.
- Vaxtilə baş məşqçisi olduğunuz Soçinin “Jemçujina” klubu yenidən formalaşaraq peşəkar statusu alıb. Yenidən bu komandada çalışmaz fikriniz yoxdur? Ümumiyyətlə, “Jemçujina”dan sizə dəvət göndərilməyib?
- Bir həftə öncə Arsen Naydyonovla bu məsələ haqqında telefon söhbətim olub. Deyəsən, “Jemçujina”nın formalaşdırılmasına Naydyonov rəhbərlik edir. Komandanın konkret məqsədi varsa, mən də orada olacağam. Ancaq indiki dövrdə yığma ilə müqavilə bağlamışam və dekabradək burada işləyəcəyəm.
- Belə çıxır ki, “Jemçujina”dan təklif gələrsə, qəbul etməyəcəksiniz?
- Mənə baş məşqçi təklifi var idi. Fikrimcə, yığmada seleksiyaçı-məşqçi vəzifəsində çalışmaq, “Jemçujina”da baş məşqçi işləməkdən şərəflidir.
- “Xəzər-Lənkəran”ın baş məşqçisi olarkən “Çelsi” Futbol Akademiyasında təcrübə kursu keçməli idiniz. Bu plan niyə gerçəkləşmədi?
- Klub rəhbərliyi “Çelsi” əvəzinə, “Fənərbağça”da olmağımı məsləhət gördü. Təxminən bir ay “Fənərbağça”nın məşqlərində, oyunlarında iştirak etdim.
- İxtisasartırma ilə bağlı başqa klubda kurs keçməyiniz nəzərdə tutulub?
- Mənə elə gəlir ki, təcrübəni iş prosesində qazanmaq lazımdır. Böyük futbol oynayan şəxslərin xüsusi ixtisas artırma kurslarında iştirakına lüzum görmürəm. Həm də mənim A kateqoriyalı məşqçilik lisenziyam var. Sentyabrda Ukraynada “Pro” kateqoriyalı lisenziya almaq üçün imtahan verəcəyəm.
- Hazırda “Xəzər-Lənkəran” rəhbərliyi ilə münasibətləriniz necədir?
- Çox gözəl. Ötən ilin mayında müqaviləmin müddəti başa çatdığından “Xəzər-Lənkəran”dan ayrılmışam. Rəhbərliklə aramızda hansısa narazılıq yoxdur.
- Belə demək olarmı ki, məşqçilik fəaliyyətiniz uğursuz alınıb?
- Yaxşı analiz aparılarsa, fəaliyyətimin uğursuz olmadığı üzə çıxar. “Xəzər-Lənkəran” mənim rəhbərliyim altında keçirdiyi 8 oyundan sonra 6-cı pillədə qərarlaşmışdı. Rəqiblərimizdən də 1 matç az oynamışdıq. Yəni, həmin qarşılaşmanı da udsaydıq, 1-2-ci yerləri bölüşdürəcəkdik. Belə olan halda, hansı uğursuzluqdan söhbət gedə bilər?
- Əgər işlər qaydasında gedirdisə, nəyə görə “Xəzər-Lənkəran”ın baş məşqçisi vəzifəsindən uzaqlaşdırıldınız?
- Məgər siz jurnalistlər arasında hamı safdır?
- Komandadan kənarlaşdırılmağınıza saf olmayan insanlar bais oldular ki?
- Fəaliyyətimə maneçilik törədənlər var idi. Baş məşqçi ən azı bir mövsüm işləməlidir, ya yox?
- Rasim Kara “Xəzər-Lənkəran”dakı sələfinizə çevrildi. Düşünmürsünüz ki, “Xəzər-Lənkəran”ın baş məşqçisi vəzifəsindən uzaqlaşdırılmağınız elə Rasim Karanın “zəhməti” sayəsində mümkün olub?
- Məşqçi kluba özü gəlmir, onu rəhbərlik gətirir. Hər halda, “Xəzər-Lənkəran”dan mənəvi zərbə aldım.
- Günah kimdə idi?
- Bəlkə də özümdə.
- Belə bir deyim var: bəzən yaxşı futbolçular yaxşı məşqçilər olmurlar. Futbolçu kimi qazandığınız nüfuzu məşqçi fəaliyyəti zamanı əldə edə biləcəksinizmi?
- 1980-ci illərdə 38-40 min azarkeşin önündə oynayırdıq. O dövrlərdə alın təri ilə nüfuz qazanmışdım. Bəs sonra nə oldu? Azərbaycandan qovuldum. Karyeramı Rusiyada davam etdirəndə də nüfuzumu itirmədim. İndi məşqçi kimi nüfuz qazanmaq üçün gedib başqa ölkədə çalışmalıyam? Olmaz ki, öz biliyimi, bacarığımı Azərbaycan futboluna sərf edim?
- Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycanla Ermənistan oyunları harada keçirilməlidir?
- Yalnız neytral meydançalarda. Mən Ermənistan yığmasının ölkəmizə gəlməsinin qəti əleyhinəyəm.
- Yığmada hansı çatışmazlıqlar mövcuddur?
- Futbolçularımızda peşəkarlıq çox aşağı səviyyədədir. Ancaq istəmirəm ki, bütün məsuliyyətimi onların üzərinə atım. Futbolçularımızı bu hala gətirib çıxaranlar var. Burada mən özümü də təqsirləndirirəm.
- Sonda. Milli çempionatın son turlarında qızıl medalları qazanmağa cəmi iki komanda namizəddir. Çempionluğa “Neftçi” layiqdir, yoxsa “Xəzər-Lənkəran”?
- Mənə “Neftçi” də doğmadır, “Xəzər-Lənkəran” da. Əsas odur ki, futbolumuz qələbə qazansın. “Xəzər-Lənkəran”ın təsisçilərindən biri olmağıma və bir müddət bu komandada çalışmağıma baxmayaraq, lənkəranlılara xüsusi simpatiyam yoxdur. Kim layiqdirsə, qoy o da qalib gəlsin. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Arpaslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
Emin Əmrullayev: Müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər həbs edilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib - FOTO - YENİLƏNİB-1
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
Xarici diplomatlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər - FOTO
“UĞUR 777 estetik mərkəz”lə bağlı cinayət işi üzrə zərərçəkmiş “Hepatit C”yə yoluxduğunu bildirib
Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır
Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər
Hacıqabulda elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürüb
Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək
Kreml: Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib
Nazir müşaviri: Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində geriləmə müşahidə edilib
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
Azərbaycanda bu il sənaye istehsalı 45 mlrd. manata yaxınlaşıb
6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Xarici diplomatlar Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində tikinti işləri ilə tanış olublar - VİDEO - FOTO
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
“Koroğlu” metrostansiyası qarşısında ekspres avtobusların hərəkətinin təşkilində dəyişiklik edilib - FOTO
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər