Bank Of Baku

Asim Xudiyevə FİFA-nın sertifikatı verilib

Asim Xudiyevə FİFA-nın sertifikatı verilib
# 18 may 2007 08:48 (UTC +04:00)
Belarusun paytaxtı Minskdə FİFA-nın qadın futboluna dair keçirdiyi seminar başa çatıb. Toplantıya qatılan Azərbaycan nümayəndə heyətinin rəhbəri, Qadın Futbol Federasiyasının prezidenti Asim Xudiyev “APA-Sport” agentliyinə açıqlamasında seminarın yüksək səviyyədə təşkil olunduğunu deyib. A.Xudiyevin sözlərinə görə, 18 ölkədən 48 nəfərin iştirak etdiyi tədbirdə müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb: “Qadın futbolunun dünyada inkişafı, milli assosiasiyalarda rolu, mövcud problemlərinin həlli yolları müzakirə olundu. Oyunçuların, məşqçilərin, hakimlərin gələcəkdə kurslarda iştirakının vacibliyi vurğulandı. Eyni zamanda, qadın futbolunda menecment və marketinq işinin qurulması məsələsinə toxunuldu”. A.Xudiyev bildirib ki, seminarın ikinci günündə Azərbaycanda qadın futbolunun tarixi, strukturu, komandaların oyunlarını özündə əks etdirən video görüntülər nümayiş etdirilib. Toplantı çərçivəsində bu ilin dekabrında Minskdə MDB və Baltikyanı ölkələrin çempionlarının iştirakı ilə qadın futbolçular arasında ilk “Birlik Kuboku”nun keçirilməsi qərara alınıb. Seminarın sonunda A.Xudiyevə, eləcə də, onunla birgə tədbirdə iştirak edən Gənclər və İdman Nazirliyinin futbol sektorunun əməkdaşı Fikrət Hüseynov və Qərb Regional Qadın Futbol Komitəsinin rəhbəri Hovil İsmayılova FİFA-nın sertifikatı verilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR