Bank Of Baku

Ağasəlim Mircavadov: “Olimpik” “Neftçi” matçının nəticəsindən qazanan Azərbaycan futbolu oldu”

Ağasəlim Mircavadov: “Olimpik”  “Neftçi” matçının nəticəsindən qazanan Azərbaycan futbolu oldu”
# 18 may 2007 09:16 (UTC +04:00)
“Olimpik” “Neftçi” matçının nəticəsindən qazanan Azərbaycan futbolu oldu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. “Olimpik”in “Neftçi” ilə oyunda qazandığı nəticənin ölkə futbolunun inkişafı naminə olduğunu vurğulayan A.Mircavadovun sözlərinə görə, hər bir klub öz adına görə oynayır: “Bu oyunda da “Olimpik” bir komanda kimi formalaşdırdığı nüfuzunu qorudu. Çoxları deyir ki, klubumuz “Olimpik”i maddi cəhətdən stimullaşdırıb. İnanın ki, belə şey olmayıb. Səmimi deyirəm ki, məni ilk növbədə öz komandamın oyunu maraqlandırır”. A.Mircavadov hesabat turunda qeydə alınan nəticələrdən sonra yenidən lider olmalarının arxayınçılığa əsas vermədiyini bildirib. Çalışdırıcı son turda “Gilan” ilə səfər oyuna ciddi hazırlaşacaqlarını söyləyib: “Çempionluğu indidən bayram etmək düzgün olmazdı. Bununla tələskənliyə yol vermiş olarıq. Birinci olmaq şansımız artsa da, hər şeyə son tur aydınlıq gətirəcək. Futbolda gözlənilməz nəticələrdən sığortalanmaq olmur. Bir şeyi nəzərə almaq lazımdır ki, bizim üçün mövsüm son turdakı görüşlə başa çatmır. Komandam çempionat başa çatandan sonra ölkə kubokunun finalına çıxmalıdır. İnşallah, mövsümü qızıl dubla başa vurmağa çalışacağıq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR