Bank Of Baku

AFFA məhkəməyə verilib

AFFA məhkəməyə verilib
# 18 may 2007 09:47 (UTC +04:00)
Həvəskar Futbol Federasiyasının vitse-prezidenti Zakir Məmmədov AFFA-nı məhkəməyə verib. Bu haqda “APA-Sport” agentliyinə Zakir Məmmədovun özü məlumat verib. O, aprelin 26-da keçirilən AFFA-nın XI konfransında qəbul olunan qərarların 4 bəndinin ləğvi tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət edib: “Müraciətdə AFFA-nın XI konfransında çıxarılan qərarların 7-ci, 9-cu, 10-cu və 11-ci bəndlərinin ləğvini tələb etmişəm. Çünki bu bəndlərdə Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunsuzluq mövcuddur. Konfransdakı qərarlar futbolçuların hüquq və azadlıqlarını pozmaqla yanaşı, fərqləndirici stimulları nəzərə alır. Bir vətəndaş kimi milliləşmiş futbolçulara “5+2” limitinin qoyulmasının əleyhinəyəm. Halbuki, Konstitusiyada göstərilib ki, milliyətindən, irqindən asılı olmayaraq, insanlara fərq qoyula bilməz”. AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Z.Məmmədov bildirib ki, iddia ərizəsinə veteranların, futbol ictimaiyyəti üzvlərinin XI konfransın qərarlarına mətbuat orqanlarında dərc edilən etiraz çıxışlarının surəti də əlavə olunub.
AFFA-nın XI konfransında çıxarılan qərarın 7-ci bəndində “klublarda Azərbaycan vətəndaşı olan əcnəbi futbolçuların sayı “5+2” prinsipilə qəbul edilsin”, 9-cu bəndində “Azərbaycan yığmasında milliləşmiş futbolçuların sayı “5+2” prinsipilə qəbul edilsin”, 10-cu bəndində “legionerlərin sifariş məbləği 20 min, yerli futbolçuların isə 5 min manat olsun”, 11-ci bəndində “yerli məşqçilərin sifariş məbləği 10 min, əcnəbi mütəxəssislərin isə 50 min manat olsun” yazılıb. İyunun 18-də Xətai Rayon Məhkəməsində Z.Məmmədovun iddiası üzrə hazırlıq iclası keçiriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR