Bank Of Baku

Məlik Həsənov: “İnter”in UEFA Kubokunda “MKT-Araz”ı əvəzləmək hüququ var”

Məlik Həsənov: “İnter”in UEFA Kubokunda “MKT-Araz”ı əvəzləmək hüququ var”
# 18 may 2007 13:13 (UTC +04:00)
“AFFA-nın qitə miqyaslı yarışlara qatılması üçün lisenziya vermədiyi “MKT-Araz” klubu UEFA kubokuna vəsiqə qazanacağı halda, “İnter” onu bu turnirdə əvəzləmək hüququna malikdir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın Yarışların Təşkili və Keçirilməsi Departamentinin rəisi Məlik Həsənov bildirib. M.Həsənov “Bakı”nın çempionatı 3-cü yerdə başa vuracağı halda, “MKT-Araz”ın yerinə UEFA kubokunda çıxış etmək hüququnun olmadığını qeyd edib: “UEFA avrokuboklarda ölkəmizə dörd yer verib. Bu mötəbər yarışa ölkə kubokunun sahibi ilə yanaşı, çempionatı ikinci yerdə başa vuran komanda getməlidir. Reqlamentə əsasən, ölkə kubokunda finalçısı “MKT-Araz” UEFA kubokuna vəsiqə qazansa və eyni zamanda, lisenziya almadığı üçün qitə miqyaslı turnirdən kənar qalsa, onu yarımfinaldakı iştirakçı əvəzləməlidir. Yarımfinalda mübarizəni dayandırandan “Neftçi” artıq ən azından UEFA kubokuna vəsiqəni özünə təmin edib. Belə olan halda, digər yarımfinal iştirakçısı “İnter” bu turnirdə iştirak etmək hüququna sahib çıxır. Ölkə kubokunda mübarizəni 1/4 finalda dayandıran “Bakı” isə 3-cü yeri tutacağı halda, İntertoto kubokunda ölkəmizi təmsil etmək hüququna malikdir”.
Qeyd edək ki, “Xəzər-Lənkəran” Azərbaycan çempionu olacağı təqdirdə, “MKT-Araz” lənkəranlılarla mayın 28-də keçiriləcək final oyunun nəticəsindən asılı olmayaraq, UEFA kubokuna vəsiqə qazanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR