Bank Of Baku

Qurban Qurbanov: “Xəzər-Lənkəran”ın çempionluğu qazanmaq üçün belə gözəl imkanı əldən verəcəyinə inanmıram”

Qurban Qurbanov: “Xəzər-Lənkəran”ın çempionluğu qazanmaq üçün belə gözəl imkanı əldən verəcəyinə inanmıram”
# 18 may 2007 14:27 (UTC +04:00)
“Xəzər-Lənkəran”ın çempionluğu qazanmaq üçün belə gözəl imkanı əldən verəcəyinə inanmıram. Çünki son turda autsayder komanda ilə görüşəcək”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. Hesabat turunda “Olimpik” klubuna 1:2 hesablı məğlubiyyətdən sonra liderliyi əldən vermələrindən üzüldüyünü söyləyən Q.Qurbanovun sözlərinə görə, komandasının psixoloji gərginlik içində olması sonda təsirini göstərib: “Bu görüş ətrafında çox böyük ajiotaj yaradıldı. “Olimpik”in bilərəkdən məğlub olub komandamızın 70 illiyində çempion etdiriləcəyi kimi çoxlu əsassız söz-söhbətlər çıxarıldı. Ancaq qarşılaşma bütün bunların həqiqəti əks etdirmədiyini göstərdi. Çempionat sona yaxınlaşdıqca psixoloji gərginlik daha da artırdı. Elə “Olimpik” ilə oyunda psixoloji gərginlikdə olmağımız bizə böyük zərbə vurdu. Nəticədə vacib xallar itirib, liderliyi əldən verdik. Qələbə seriyamızın nə vaxtsa qırılacağını gözləyirdik. Sadəcə, çempionluğu daha da yaxınlaşdığımız an xal itirməyimizdən çox təəssüfləndik. Heyfsiləndik ki, liderliyi saxlamaq üçün ehtiyatda xalımız olmadı. Bu isə ilk dövrədə xeyli xal itirməyimizin nəticəsidir”. Q.Qurbanov “Olimpik”ə məğlubiyyətdə meydan amilinin də təsirinin olduğunu söyləsə də, rəqibin layiqli qələbə qazandığını deyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR