Bank Of Baku

Rövnəq Abdullayev Qurban Qurbanovu dəstəkləyib

Rövnəq Abdullayev Qurban Qurbanovu dəstəkləyib
# 18 may 2007 15:07 (UTC +04:00)
“Neftçi” klubunun prezidenti Rövnəq Abdullayev hesabat turunda “Olimpik”ə 1:2 hesablı məğlubiyyət nəticəsində çempionluq şanslarının xeyli azalmasına baxmayaraq, komandaya dəstəyini nümayiş etdirib. Bu barədə “APA-Sport” agentliyinə baş məşqçi Qurban Qurbanov məlumat verib. Onun sözlərinə görə, “Şəfa” stadionunda keçirilmiş görüşdən sonra Rövnəq Abdullayev vitse-prezident Ramin Musayevlə görüşündə komandaya dəstək verdiyini dilə gətirib: “Rəhbərlik həmişə olduğu kimi, yenə məni dəstəklədi. İlk dövrədə uğursuz çıxış etdiyimiz dövrdə də belə olub. Klub prezidenti Rövnəq Abdullayev “Olimpik” ilə oyunumuzu izləmək üçün stadiona gəlmişdi. Qarşılaşmadan sonra şəxsən söhbətləşməsəm də, o, vitse-prezident Ramin Musayevlə görüşərək, bizə dəstək olduğunu qeyd edib”. Rəhbərliyinin göstərdiyi mənəvi dəstəkdən minnətdar olduğunu deyən Q.Qurbanovun sözlərinə görə, indi əsas məqsəd futbolçuları psixoloji sarsıntıdan çıxarıb “Turan”la görüşə hazırlamaqdır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR