Bank Of Baku

Fuad Əsədov: “Məhkəmənin Zakir Məmmədovun iddiasını təmin edəcəyinə inanmıram”

Fuad Əsədov: “Məhkəmənin Zakir Məmmədovun iddiasını təmin edəcəyinə inanmıram”
# 18 may 2007 15:07 (UTC +04:00)
“Zakir Məmmədovla AFFA arasında heç bir bağlılıq yoxdur. Onun AFFA-nı məhkəməyə verməsi anlaşılmazdır”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında AFFA-nın baş katibi Fuad Əsədov deyib. F.Əsədov bildirib ki, Z.Məmmədov hazırda milli assosiasiyanın üzvü olan hansısa qurumda çalışmır: “Başa düşmürəm bilmirəm, gündə biri peyda olur... Zakir Məmmədov Həvəskar Futbol Federasiyasının vitse-prezidenti deyil. O, Fuad Musayevin dövründə AFFA-da işləyib. Ancaq indi Həvəskar Futbol Federasiyasının rəhbərliyində yer almır”. Baş katib məhkəmənin AFFA-nın xeyrinə qərar çıxaracağına inandığını söyləyib: “İnanmıram ki, məhkəmə Zakir Məmmədovun iddiasını təmin edə. Çünki məhkəmədə ilk öncə ittihamçıdan AFFA ilə əlaqəsinin olub-olmamasını soruşacaqlar. Əlaqəmiz yoxdursa, necə məhkəməyə çəkilə bilərik?”
Qeyd edək ki, özünü Həvəskar Futbol Federasiyasının vitse-prezidenti kimi təqdim edən Z.Məmmədov AFFA-nın XI konfransında çıxarılan bəzi qərarların ləğv olunması tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR