Bank Of Baku

Dövlət Neft Şirkəti AFFA-nın hesabına 500 min manat köçürüb

Dövlət Neft Şirkəti AFFA-nın hesabına 500 min manat köçürüb
# 18 may 2007 15:31 (UTC +04:00)
Dövlət Neft Şirkəti (ARDNŞ) AFFA-nın hesabına 500 min manat köçürüb. Bu barədə “APA-Sport” agentliyinə AFFA-nın baş katibi Fuad Əsədov məlumat verib. F.Əsədov bildirib ki, məhz ARDNŞ-in ayırdığı maliyyə vəsaiti sayəsində milli komandalarımızın xaricə səfərə çıxmaları mümkün olacaq. Belə ki, yaxın günlərdə əsas yığmamız Qazaxıstana, 21 yaşınadək futbolçulardan ibarət komandamız isə Yunanıstana yollanacaq. ARDNŞ bu il AFFA-nın büdcəsinə ümumilikdə, 2730000 manat ödəməlidir.
Qeyd edək ki, maliyyə çatışmazlığı ucbatından 19 yaşınadək futbolçulardan ibarət milli komandamızın Türkiyə və Norveçə səfər xərclərini Gənclər və İdman Nazirliyi çəkəcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR