Bank Of Baku

“Bakı” Azərbaycan çempionatının bürünc medalını qazanıb

“Bakı” Azərbaycan çempionatının bürünc medalını qazanıb
# 18 may 2007 16:17 (UTC +04:00)
XV Azərbaycan çempionatının bürünc mükafatçısı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, “Bakı” XXV turda öz meydanında Zaqatalanın “Simurq” klubunu 3:2 hesabı ilə məğlub etməklə, sona bir tur qalmış 3-cü yerin sahibi kimi, bürünc mükafat qazanmasını rəsmiləşdirib. “Bakı” çempionatın yekununda “İnter” ilə xalları eyni olacağı halda, rəqibini şəxsi oyunlardakı nəticələrə görə qabaqlayacaq. Son ölkə çempionu cari mövsümdə “İnter” ilə hər iki oyunda qələbə qazanıb (2:0 və 1:0).
Qeyd edək ki, arxada qalan iki mövsümdə çempionluğu və kuboku qazanan “Bakı” ilk dəfə mövsümü titulsuz başa vurub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR