Bank Of Baku

Ramiz Mirzəyev FİFA-nın konqresində iştirak edəcək

Ramiz Mirzəyev FİFA-nın konqresində iştirak edəcək
# 18 may 2007 16:24 (UTC +04:00)
AFFA prezidenti Ramiz Mirzəyev FİFA-nın 57-ci konqresində iştirak edəcək. Bu haqda “APA-Sport” agentliyinə Ramiz Mirzəyevin özü məlumat verib. AFFA rəhbəri ilə yanaşı, baş katib Fuad Əsədov da toplantıya qatılacaq. Azərbaycan nümayəndə heyəti mayın 27-də səfərə yollanacaq. FİFA-nın 57-ci konqresi 29-31 may aralığında İsveçrənin Sürix şəhərində keçiriləcək. Yığıncaq AFFA üçün bir məqama görə xüsusi əhəmiyyət kəsb edir. Belə ki, konqresdə UEFA-nın İcraiyyə Komitəsinin növbəti iclasının vaxtı və yeri müəyyənləşəcək. İcraiyyə Komitəsinin məhz həmin iclasında Avropa çempionatının seçmə qrup mərhələsində Azərbaycan və Ermənistan yığmaları arasında sentyabrda oynanılacaq matçların yeri barədə qərar çıxarılacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR