Bank Of Baku

Azərbaycanda “diplomatik futbol turniri” keçirilib

Azərbaycanda “diplomatik futbol turniri” keçirilib
# 19 may 2007 08:59 (UTC +04:00)
XİN-dən APA-ya daxil olan məlumata görə, Rusiya səfirliyinin komandası turnirin gümüş medalı və Gənclər və İdman Nazirliyinin diplomu ilə təltif olunub. Bürünc medala isə Qazaxıstan səfirliyinin komandası layiq görülüb.
Qeyd edək ki, turnir bu il mayın 7-də start götürüb. Turnirdə, Azərbaycan XİN, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Türkiyə, İran və Ukraynanın Azərbaycandakı səfirlikləri, həmçinin BMT, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin nümayəndəliklərinin komandaları iştirak edib.
Turnirin ən yaxşı oyunçuları da müəyyənləşdirilib. ABŞ səfirliyinin diplomatı Brayn Rendol ən yaxşı oyunçu, Qazaxıstanın səfiri Azərbaycandakı Andar Şukputov -ən yaxşı yarımmüdafiəçi, rusiyalı diplomat Yuriy Klimov - ən yaxşı hücumçu, XİN komandasının oyunçuları Atəş Qırxıyev - ən yaxşı müdafiəçi, Emin Quraşlı - ən yaxşı qapıçı elan olub. 4 oyunda 15 qol vuran Rövşən Səmədov isə turnirin bombardiri olub.
Azərbaycan XİN-i turnirdə Ruslan Abdullayev, Fərid Cəfərov, Xəzər İbrahim, Ağasəlim İbrahimov, İlqar Qəmbərov, Atəş Qırxıyev, Emin Quraşlı, Azər Məmmədov, Bəxtiyar Məmmədov, Tural Məmmədov, Tural Rəsulov, Rövşən Səmədov təmsil ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR