Bank Of Baku

Aslan Kərimov Polşa ilə oyunu buraxa bilər

Aslan Kərimov Polşa ilə oyunu buraxa bilər
# 19 may 2007 09:11 (UTC +04:00)
“Qaraba𔝠klubunun və milli komandamızın kapitanı Aslan Kərimov hesabat turunda “İnter” ilə görüşdə zədələnərək, meydanda sonadək mübarizə apara bilməyib. Bu barədə “APA-Sport” agentliyinə açıqlama verən Aslan Kərimov zədə səbəbindən qarşıdakı günlərdə məşqlərdən kənarda qalacağını deyib. Kapitan millinin Polşa və Qazaxıstanla görüşlərədək zədəsinin sağalacağına inandığını söyləyib: “İkinci hissənin ortalarında rəqiblə hava mübarizəsindən sonra yerə düşərkən ayağımda ağrılar hiss etdim. Nəticədə oyunu davam etdirə bilmədiyimdən, əvəzləndim. Hazırda topuğum şişib və bu şişin çəkilməsini gözləyirəm. Bunun üçün müalicəvi vasitələrdən istifadə etmişəm. Yığmanın qarşıdakı oyunlarınadək keçiriləcək son turda meydana çıxmaq istəyirəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR