Bank Of Baku

Leandro Qomeş Azərbaycan yığmasına çağırılmayacaq

Leandro Qomeş Azərbaycan yığmasına çağırılmayacaq
# 19 may 2007 09:38 (UTC +04:00)
“Bakı” klubunun 31 yaşlı braziliyalı hücumçusu Leandro Qomeş Azərbaycan yığmasının iyunun əvvəllərində Avropa çempionatının seçmə qrup mərhələsində Polşa və Qazaxıstanla qarşıdakı oyunlarına çağırılmayacaq. “APA-Sport” agentliyinin məlumatına görə, L.Qomeş bu gün vətəninə yollanıb. Yenidən zədə ilə bağlı problemi yaranan braziliyalı hücumçu topuğunu müalicə etdirəcək. L.Qomeş yığmamızın martın 28-də Finlandiya ilə Bakıdakı görüşün ilk dəqiqələrində aldığı zədəyə görə ay yarım oynamayıb. “Neftçi” və “MKT-Araz” ilə Bakıdakı oyunlarda meydana çıxan braziliyalı futbolçu topuğundan yenidən xəsarət aldığından “Simurq” ilə hesabat turunda forma geyinməyib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR