Bank Of Baku

AFFA klubların istəyilə Azərbaycan kubokunun finalını Respublika stadionunda keçirəcək

AFFA klubların istəyilə Azərbaycan kubokunun finalını Respublika stadionunda keçirəcək
# 21 may 2007 08:39 (UTC +04:00)
Futbol üzrə Azərbaycan kubokunun finalı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Bu haqda “APA-Sport” agentliyinə stadionun direktoru Akif İsmayılov məlumat verib. A.İsmayılovun sözlərinə görə, həlledici görüşdə qarşılaşacaq Lənkəranın “Xəzər-Lənkəran” və İmişlinin “MKT-Araz” klublarının istəyilə oyunun mərkəzi arenada təşkili barədə razılıq əldə olunub: “AFFA-nın baş katibi Fuad Əsədov mənə zəng vurub dedi ki, klubların razılığı ilə görüşü Respublika stadionunda təşkil etmək niyyətindəyik. Artıq bu gün AFFA ilə müqavilə bağlamalıyıq”.
Qeyd edək ki, az öncə AFFA-nın rəsmi internet saytında final görüşünün “Şəfa” stadionunda keçiriləcəyi qeyd olunmuşdu. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR