Bank Of Baku

Azərbaycan yığmasına daha iki yeni futbolçu çağırılıb

Azərbaycan yığmasına daha iki yeni futbolçu çağırılıb
# 21 may 2007 09:31 (UTC +04:00)
Azərbaycan milli komandasının Avropa çempionatının seçmə qrup mərhələsinin qarşıdakı oyunları üçün heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, baş məşqçi Şahin Diniyev yığmaya 21 futbolçu dəvət edib. Siyahıda iki yeni futbolçu yer alıb. Belə ki, “Olimpik” klubunun üzvləri Elvin Əliyevlə Xaqanı Məmmədov ilk dəfə milli komandaya çağırılıblar. Bundan başqa, baş məşqçi uzun fasilədən sonra qapıçı Rauf Mehdiyev, müdafiəçi Emin Quliyev və yarımmüdafiəçi Samir Əliyevə də dəvət göndərib. “Milliləşmiş” futbolçuları yığmaya çağırdığı üçün tənqidlərə məruz qalan çalışdırıcı bu dəfə yalnız iki əcnəbini - Aleksandr Çertoqanovla Branimir Subaşiçi komandaya cəlb edib. Halbuki, yığmanın son oyununda Ernani Pereyra, Andre Ladaqa və Leandro Qomeş də çıxış etmişdi.
Qapıçılar: Fərhad Vəliyev (“İnter”), Cahangir Həsənzadə (“Qarabağ”), Rauf Mehdiyev (“Olimpik”).
Müdafiəçilər: Samir Abbasov, Aslan Kərimov (hər ikisi “Qarabağ”), Ramin Quliyev (“Bakı”), Zaur Həşimov (“İnter”), Elvin Əliyev (“Olimpik”), Emin Quliyev (“Xəzər-Lənkəran”).
Yarımmüdafiəçilər: Aleksandr Çertoqanov, Samir Əliyev (hər ikisi “Neftçi”), Elmar Baxşıyev, Emin İmaməliyev (hər ikisi “İnter”), Ceyhun Sultanov, İlqar Qurbanov (hər ikisi “Xəzər-Lənkəran”), Ramazan Abbasov (“Bakı”).
Hücumçular: Branimir Subaşiç (“Neftçi”), Kənan Kərimov, Vaqif Cavadov (“Qarabağ”), Vüqar Nadirov (“Xəzər-Lənkəran”), Xaqani Məmmədov (“Olimpik”).
Qeyd edək ki, iyunun 2-də Bakıda Polşa ilə qarşılaşacaq Azərbaycan milli komandası dörd gün sonra Almatıda Qazaxıstanla qüvvəsini sınayacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR