Bank Of Baku

Polşa yığması Bakıya itki ilə gələcək

Polşa yığması Bakıya itki ilə gələcək
# 22 may 2007 08:52 (UTC +04:00)
Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində iyunun 2-də Bakıda Azərbaycan, bundan dörd gün sonra İrəvanda Ermənistanla qarşılaşacaq Polşanın futbol yığma komandası itki ilə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, polşalıların aparıcı müdafiəçisi Arkadiuş Qlovatski əlindən aldığı zədə ucbatından bu gün əməliyyat ediləcək. Yerli “Visla” klubunun şərəfini qoruyan 28 yaşlı futbolçunun Polşa yığmasının qarşıdakı iki görüşündə meydana çıxmayacağı dəqiqləşib. Onu milli komandada həmklubu Adam Kokoşka əvəzləyəcək. Artıq 20 yaşlı A.Kokoşka baş məşqçi Leo Beenhakerin ehtiyat oyunçular siyahısına daxil edilib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR