Bank Of Baku

Aram Voskanyan: “Mənim azərbaycanlılarla heç bir münaqişəm yoxdur”

Aram Voskanyan: “Mənim azərbaycanlılarla heç bir münaqişəm yoxdur”
# 23 may 2007 07:41 (UTC +04:00)
“Mənim azərbaycanlılarla heç bir münaqişəm yoxdur. Vaxtilə Rusiyada azərbaycanlılarla bir komandada oynamışam və heç vaxt mübahisəmiz olmayıb”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Ermənistan milli komandasının hücumçusu Aram Voskanyan deyib. Hazırda Qazaxıstanın “Yesil-Boqatır” klubunda çıxış edən 32 yaşlı futbolçu azərbaycanlılara qarşı nifrətinin olmadığını vurğulayıb. A.Voskanyanın sözlərinə görə, siyasətin futbola şərtlərini diktə etməsi üzündən vəziyyət çox mürəkkəbləşib: “Şəxsən mən düşünmək istərdim ki, xalqlarımız arasındakı münaqişə arxada qalıb. Ermənistan millisi Bakıya oyuna getməyə hazırdır. Amma Azərbaycan Futbol Federasiyası bizə təhlükəsizlik təminatı vermir”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR