Bank Of Baku

Leo Beenhaker: “Azərbaycan və Ermənistanla görüşlər çox vacib olsa da, həlledici deyil”

Leo Beenhaker: “Azərbaycan və Ermənistanla görüşlər çox vacib olsa da, həlledici deyil”
# 23 may 2007 08:28 (UTC +04:00)
“Azərbaycan və Ermənistanla görüşlər çox vacib olsa da, həlledici deyil”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Polşa yığma komandasının baş məşqçisi Leo Beenhaker Avropa çempionatının seçmə qrup mərhələsi çərçivəsində iyunun 2-də Azərbaycan, bundan dörd gün sonra Ermənistanla keçirəcəkləri səfər oyunları barədə danışarkən deyib. Hollandiyalı mütəxəssisin sözlərinə görə, başçılıq etdiyi komanda Bakı və İrəvan səfərlərindən sonra daha beş vacib görüş keçirməlidirlər: “Hətta biz Azərbaycan və Ermənistanla oyunlardan 6 xal götürdüyümüz halda, qalan qarşılaşmalarda uğursuzluqla üzləşsək, Avropa çempionatının final mərhələsindən kənarda qalacağıq”. L.Beenhaker qarşıdakı səfər görüşlərinin Polşadakı qarşılaşmalarla müqayisədə daha gərgin mübarizə şəraitində keçəcəyini etiraf edib. O, heç bir yığmanın Bakı və İrəvandakı görüşlərinin asanlıqla ötüşmədiyini vurğulayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR