Bank Of Baku

Azərbaycan yığması “Şəfa” stadionuna buraxılmayacaq

Azərbaycan yığması “Şəfa” stadionuna buraxılmayacaq
# 23 may 2007 08:30 (UTC +04:00)
Azərbaycan yığmasının Polşa və Qazaxıstanla qarşıdakı oyunlara hazırlıq prosesində dəyişikliklər baş verib. “APA-Sport” agentliyinin məlumatına görə, “Şəfa” stadionunda aparılan təmir işləri ilə əlaqədar millimiz bu arenada məşq edə bilməyəcək. Belə olan halda, hazırlıq prosesinin məkanı dəyişdirilərək, Zabrat qəsəbə stadionuna təyin edilib. Millimiz saat 17:00-a təyin edilən məşqləri ilə yanaşı, mayın 26-da olimpiya yığması ilə yoxlama oyununu da Zabratda keçirəcək. Polşa ilə oyuna son məşqin iyulun 1-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilməsi isə qüvvədə qalır. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR