Fuad Əsədov: “Üzləşdirmə aktı AFFA-ya təqdim olunmasa, lisenziya “MKT-Araz” klubundan alınacaq”
- Az öncə “MKT-Araz” klubunun lisenziya almaq şanslarının olmadığını bildirmişdiniz. Lakin AFFA-nın Lisenziyalaşdırma üzrə Apelyasiya Komitəsi bu komandaya lisenziya verilməsi qərarını qəbul edib. AFFA-nın “MKT-Araz”la bağlı qərarını dəyişməsini nə ilə izah edərdiniz?
- “MKT-Araz” rəhbərliyi AFFA-nın Apelyasiya Komitəsinə müraciət edib. Bu komitə müraciətə baxaraq, müvafiq qərar çıxarıb.
- Hərçənd, Apelyasiya Komitəsinə müraciət üçün klubların mayın 4-dən 14-dək vaxtları var idi. Mayın 15-də isə heç bir klubdan komitəyə məktub daxil olmadığını bildirdiniz.
- “MKT-Araz” Apelyasiya Komitəsinə mayın 8-də rəsmi məktub yollayıb. Sənədlərin qaydaya salınması üçün komitə tərəfindən İmişli komandasına mayın 20-dək möhlət verilib. “MKT-Araz” Pensiya Fonduna borcunu mayın 15-16-da ödəyib. Lazımi sənədlər mayın 18-də AFFA-ya təqdim olunub. Mayın 19-20-də istirahət günləri olduğundan, Apelyasiya Komitəsinin iclası keçirilməyib. Beləliklə, mayın 21-də günün ikinci yarısında 7 nəfərdən ibarət komissiya yığışaraq, “MKT-Araz”a lisenziya verib.
- Deyəsən, “MKT-Araz” AFFA-ya digər sənədlər də təqdim etməlidir. Hər halda, kluba iyunun 15-dək möhlət verilməsinin səbəbi olmalıdır.
- Elədir. “MKT-Araz” dövlətə borcunu qaytarıb. Lakin borcun ödənilməsini təsdiqləyən üzləşdirmə aktı hələ AFFA-ya çatdırılmayıb. Gələn ayın 15-dək həmin akt təqdim edilməsə, lisenziya “MKT-Araz”dan alınacaq.
- Mayın sonlarında AFFA rəhbərliyi FİFA-nın 57-ci konqresində iştirak edəcək. Toplantı çərçivəsində FİFA prezidenti Yozef Zepp Blatterlə xüsusi görüşünüz nəzərdə tutulubmu?
- Xeyr. Konqresdə yalnız FİFA prezidentliyinə seçkilər keçiriləcək. Yəni, Blatterlə ayrıca görüş planlaşdırılmır.
- Ola bilərmi ki, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Ermənistan milli komandaları arasında keçiriləcək oyunların yeri ilə bağlı FİFA rəhbərliyinin köməyindən yararlanasınız?
- Bu məsələ barədə yekun qərarı iyunun 23-də UEFA İcraiyyə Komitəsi verəcək.
- UEFA bizim üçün qeyri-qənaətbəxş qərar çıxaracağı təqdirdə, AFFA hansı addımı atacaq?
- Ermənilər haqqında suallar kifayətdir! Tələsmək lazım deyil. UEFA qərar verdikdən sonra AFFA müvafiq addımlar atacaq.
- Milli komandamızın avqustun 22-də beynəlxalq yoldaşlıq görüşündə qarşılaşması üçün AFFA-nın Litva Futbol Federasiyasına göndərdiyi müraciətə cavab gəlib?
- Hələ yox.
- Adətən final görüşündən sonra ölkə kubokunu qalib komandaya AFFA prezidenti təqdim edir. Bu dəfə milli assosiasiya başçısı final matçında iştirak edə bilməyəcək. Ölkə kubokunu qalibə kim təqdim edəcək?
- Kubokun təqdimatı 1966-cı ildə SSRİ çempionatında bürünc medala layiq görülən “Neftçi” klubunun sağ qalan üzvlərinə tapşırılacaq. Başqa sözlə, kuboku qalibə Kazbek Tuayev, Valeri Hacıyev, Yaşar Babayev və Mübariz Zeynalov verəcək.
- Azərbaycan superkuboku uğrunda oyun təşkil olunacaqmı?
- Bu, klublardan asılıdır. Ötən il çempionla kubokun sahibi superkubok oyunundan imtina etdilər. Bu il superkubokda oynamaq hüququna yiyələn komandalar arasında razılıq əldə olunarsa, matçın təşkilatçılığına problem yoxdur. /APA-Sport/
Döyüş növləri
Çempionlar Liqası: “Qalatasaray” ilk qarşılaşmada məğlub olub - NƏTİCƏLƏR
Boks üzrə U-19 Avropa çempionatında Azərbaycan millisinin daha 2 idmançısı 1/4 finala vəsiqə qazanıb
İslam Maxaçev İan Qerrini məğlub edərək çempionluq titulunu qoruyub
İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub
Xəbər Lenti
Arpaslan Bayraktar: Hörmüz böhranı enerji əməkdaşlığının əhəmiyyətini daha da artırır
Pərviz Şahbazov: Azərbaycan və Türkiyə enerji əməkdaşlığını elektrikləşmə mərhələsinə daşıyır
Xankəndidə əmək yarmarkasında 222 vakansiya təqdim olunub
Nazir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə böyük töhfə verir
Baba Rzayev: Cəbrayıl-Ağbənd 330 kV-luq elektrik xəttinin tikintisi başa çatmaq üzrədir
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilib, protokol imzalanıb - YENİLƏNİB
Parlamentin şöbə müdiri: Hazırki təhsil sistemində 3 illik bakalavriata keçid mümkün deyil
Rövşən Nəcəf: Azərbaycan-Türkiyə Enerji Forumu mühüm əməkdaşlıq platformasıdır
Pərviz Şahbazov: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı strateji məzmun qazanıb
Təhsil kreditinin meyarlarına yenidən baxılması təklif olunub
Azərbaycan-Türkiyə-Gürcüstan-Bolqarıstan yaşıl elektrik layihəsi üzrə hökumətlərarası saziş imzalana bilər
Bayraktar: Naxçıvan üzərindən Azərbaycan-Türkiyə elektrik bağlantısı layihəsi tətbiq mərhələsinə yaxınlaşır
Alparslan Bayraktar: Azərbaycan və Türkiyə elektrik sistemlərinin daha sıx inteqrasiyasını hədəfləyir
Xalq artisti Şəfiqə Məmmədova: İttifaq daxilində bir çox çətinliklər və problemlər var
Türkiyənin “Xəzər-Qara dəniz-Avropa” Yaşıl Enerji Dəhlizi layihəsində iştirakı nəzərdə tutulur
Nazir: Zəngəzur dəhlizi ilə Azərbaycan və Türkiyə arasında yeni elektrik bağlantısı yaradılacaq
Azərbaycandan Türkiyəyə və beynəlxalq bazarlara ixrac olunan neft-qazın həcmi açıqlanıb
Sabah 31 dərəcə isti olacaq
Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
Müvəqqəti işlər vəkili ABŞ-Azərbaycan münasibətlərində hazırda çoxsaylı proseslərin baş verdiyini bildirib
Emi Karlon: Xankəndiyə ikinci dəfə səfər edirəm, ötən müddətdə yeni inkişafın şahidi oldum
Emin Əmrullayev: Müəllimlərin 90 faizdən çoxu sertifikatlaşdırmadan keçib
Xaçmazda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 7 nəfər həbs edilib
Xalq artisti Şəfiqə Məmmədova AKİ-nin sədri seçilib - FOTO - YENİLƏNİB-1
Hikmət Hacıyev: Qarabağda və digər ərazilərimizdəki bütün mədəni irs Azərbaycan qanunvericiliyi ilə qorunur
Bakıda Azərbaycan və Türkiyənin energetika nazirlərinin görüşü olub
Xarici diplomatlar Xankəndi şəhərində Zəfər Parkını ziyarət ediblər - FOTO
“UĞUR 777 estetik mərkəz”lə bağlı cinayət işi üzrə zərərçəkmiş “Hepatit C”yə yoluxduğunu bildirib
Məleykə Abbaszadə: Zəif nəticə göstərən uşaqları tanımaq lazımdır
Prezidentin köməkçisi: Azərbaycanın təcrübəsi digər postmünaqişə bölgələrində də tətbiq oluna bilər
Hacıqabulda elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürüb
Parlamentdə təhsillə bağlı ictimai dinləmələr keçiriləcək
Kreml: Litva Rusiyanın nüvə silahının hədəfində ola bilər
Hikmət Hacıyev: Azərbaycan və Ermənistan liderlərinin son görüşü çox konstruktiv atmosferdə keçib
Nazir müşaviri: Məktəblərdə davamiyyətin izlənməsi istiqamətində geriləmə müşahidə edilib
Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib
Milliön 6500 terminal ilə artıq ölkənin ən geniş ödəniş şəbəkəsidir
Prezidentin xüsusi nümayəndəsi: Xankəndi şəhərində 28 min insan yaşayır
Bakıda 60 küçədə təmir işləri yekunlaşdırılıb, 15-də işlər davam edir
Nigar Arpadarai: Bakıda keçirilən iqlim konfransı UNFCCC-nin rəsmi regional platforması kimi qəbul edilib
Bakı-Tbilisi-Bakı dəmir yolu marşrutu ilə bu il 53 min sərnişin səfər edib
Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilk dəfə azad edilmiş ərazilərə səfər edib
Nazir müşaviri: Azərbaycan bölməsində oxuyan şagirdlərin nəticələri daha yüksəkdir
Azərbaycanda bu il sənaye istehsalı 45 mlrd. manata yaxınlaşıb
6 500 Milliön terminalında Birbank əməliyyatları komissiyasızdır
Xarici diplomatlar Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksində tikinti işləri ilə tanış olublar - VİDEO - FOTO
Peşə məktəblərinə elektron tələbə qəbulunun III mərhələsi başlayıb
“Koroğlu” metrostansiyası qarşısında ekspres avtobusların hərəkətinin təşkilində dəyişiklik edilib - FOTO
"Moody’s": Hörmüz riskləri Azərbaycan və Qazaxıstanın ixrac gəlirlərini artıra bilər