Bank Of Baku

Asim Xudiyev Macarıstan Latviya oyununa təyinat alıb

Asim Xudiyev Macarıstan  Latviya oyununa təyinat alıb
# 23 may 2007 10:27 (UTC +04:00)
Hakim-inspektor Asim Xudiyev 21 yaşınadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin 8-ci qrupunda keçiriləcək Macarıstan Latviya oyununa təyinat alıb. “APA-Sport” agentliyinin məlumatına görə, A.Xudiyev İsraildən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək. Görüşün baş hakimi FİFA referisi Kənan Asəf olacaq. Oyun iyunun 6-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək. A.Xudiyev səfərə iyunun 5-də yollanacaq. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR