Bank Of Baku

İmanxan Sultani: “Ramin Musayev jurnalistlərə montaj edilən diski təqdim edərək, şou göstərib”

İmanxan Sultani: “Ramin Musayev jurnalistlərə montaj edilən diski təqdim edərək, şou göstərib”
# 23 may 2007 12:40 (UTC +04:00)
“Ramin Musayev jurnalistlərə montaj edilən diski təqdim edərək, şou göstərib”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında sabiq FİFA hakimi İmanxan Sultani bildirib. İ.Sultani “Neftçi”nin “Olimpik”ə məğlub olduğu görüşlə bağlı haqqında deyilənlərin həqiqətə uyğun olmadığını söyləyib: “Əlbəttə ki, diskdə yazılanlar montajdır. Mənim bu yazı haqda əvvəldən məlumatım var idi. Səsimin yazıldığını bilirdim. Telefonla danışdığım şəxslə dil xoşluğu edirdim. Guya, telefonla danışdığım həmin şəxsi hamı tanımır?” Mükafatla bağlı yayılan xəbərlərə gəlincə, İ.Sultani bildirib ki, bu, mümkün deyil: “30 min dollar mükafat istəməyimdən söhbət gedə bilməz. Başqa klubdan mükafat istəməyim də mümkün deyil. Telefon danışığında “müəllim” kimi nəzərdə tutulan şəxs Ramin Musayevdir. Ramin demişdi ki, təmiz oyun idarə etsən, mükafatın məndədir, sənə qonaqlıq verəcəm. Mənimlə telefonla danışan şəxsin kimlə oturub-durduğunu yaxşı bilirəm. Öz gözlərində tiri görməyib, başlarında tük axtarırlar”. İ.Sultani həmin qarşılaşmada “Neftçi”yə qarşı qərəzli hakim etmədiyini bildirib: “Meydanda “Neftçi”yə qarşı heç bir qərəzli qərar qəbul etməmişəm. Uduzublarsa, mən günahkaram? Hər iki qol oyunçularının səhvindən vurulub. Məgər mən komandanın daxili işinə qarışıram? “Olimpik” hesabı bərabərləşdirdiyi epizodda “Neftçi”nin qapısına künc zərbəsi təyin edilərkən, yan xətt hakimi dəqiq qərar çıxarıb. Mən uzaqdan həmin epizodu dəqiq görə bilmərəm. Bir də ki, “Neftçi”nin qapısına qol birbaşa künc zərbəsindən vurulmadı. Ramin Musayev niyə neçə vaxtdır bu diski göstərməyərək, indi bunu edir? Onlar mənimlə lağ-lağı etdi, mən də onlarla. Necə olur ki, “Neftçi” “Xəzər-Lənkəran”la oyunda qələbə qazandı amma məndən narazı olmadı. Hansı hüquq məcəlləsində telefon söhbətinə görə cəza var? Özü də telefon danışığında mənə zəng edən danışıb, mən iki-üç kəlmə demişəm. Konkret ad çəkməmişəm. Həmin şəxs məni döyəcəklərini deyərək, hədə-qorxu gəldi. Mövsümün sonudur də. Məsuliyyəti başqalarının üstünə ataraq, rəhbərlik qarşısında günahlarını yumaq üçün belə şayiələr çıxarıb, özlərini təmizə çıxarırlar”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR