Bank Of Baku

Rövnəq Abdullayev İqor Getmana “Daewoo Nexia” markalı avtomobil hədiyyə edib

Rövnəq Abdullayev İqor Getmana “Daewoo Nexia” markalı avtomobil hədiyyə edib
# 23 may 2007 12:50 (UTC +04:00)
“Neftçi” klubunun 36 yaşlı müdafiəçisi İqor Getman karyerasını bitirib. “APA-Sport” agentliyinin məlumatına görə, “Turan” ilə bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun futbolçunun karyerasında sonuncu matç olub. Qarşılaşma müdafiəçinin topa ilk toxunuşu ilə başlayıb. “Neftçi” klubunun vitse-prezidenti Ramin Musayev İ.Getmana xidmətlərinə görə, prezident Rövnəq Abdullayevin adından “Daewoo Nexia” markalı avtomobil hədiyyə edib.
Qeyd edək ki, İ.Getman milli çempionatlarımız tarixində yalnız “Neftçi”də çıxış edərək, bu komandanın heyətində üç dəfə ölkə çempionluğu və iki dəfə ölkə kubokunu qazanıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR