Bank Of Baku

Ağasəlim Mircavadov: “Çempionluğu ilk növbədə Mübariz Mənsimova həsr edirəm”

Ağasəlim Mircavadov: “Çempionluğu ilk növbədə Mübariz Mənsimova həsr edirəm”
# 23 may 2007 16:50 (UTC +04:00)
“Çempionluğu ilk növbədə klubumuzun prezidenti Mübariz Mənsimova həsr edirəm. Onun komandamızın hazırkı uğurunda çox böyük zəhməti var”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadov XV Azərbaycan çempionatının son turunda Qəbələdə “Gilan” komandası üzərinə böyük hesablı qələbə qazanmalarına baxmayaraq, oyunun çətin keçdiyini bildirib: “Həm ot örtüyünün bərbad vəziyyəti, həm də havanın istiliyi bizə çətinlik yaratdı. Mən həmişə motivasiyası olmayan komandalardan çəkinmişəm. Çünki belə komandalar qarşılaşmaya psixoloji gərginlik olmadan çıxırlar. Bizdə isə vəziyyət fərqli olsa da, futbolçular məsuliyyəti tam dərk edərək, görüşün taleyini birinci hissədə həll etdilər”. Çalışdırıcı “Xəzər-lənkəran”ın ilk dəfə çempion titulu yiyələnməsinin komandanın azarkeşlərinə də hədiyyə edib: “Çempionluğu bizi sevənlərə və sevməyənlərə bəxş edirəm. Qızıl dubla imza atmaq istəyirik. Həmçinin, qarşımıza Çempionlar Liqasında yüksək nailiyyət göstərmək vəzifəsi qoymuşuq”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR