Bank Of Baku

“Milan” yeddinci dəfə Çempionlar Liqasının qalibi adını qazanıb

“Milan” yeddinci dəfə Çempionlar Liqasının qalibi adını qazanıb
# 24 may 2007 08:28 (UTC +04:00)
İtaliyanın “Milan” klubu tarixində yeddinci dəfə Çempionlar Liqasının qalibi olub. “APA-Sport” agentliyinin məlumatına görə, italiyalılar Afinada Olimpiya stadionunda keçirilən final görüşündə “Liverpul” (İngiltərə) üzərində 2:1 hesablı qələbə qazanıblar. Bununla da Karlo Ançelottinin komandası iki il öncə eyni rəqiblə Türkiyənin İstanbul şəhərində təşkil olunmuş final görüşündə penaltilər seriyasında üzləşdikləri məğlubiyyətin əvəzini çıxıb.

“Milan” (İtaliya) “Liverpul” (İngiltərə) 2:1
İnzaqi, 45, 82 Kuyt, 89
Karlo Ançelotti (“Milan”ın baş məşqçisi): “Bu qələbə futbolçularımız, klubumuz və prezidentimiz üçün çox vacibdir. Məqsədimizə yalnız ona görə nail olduq ki, direktorlar şurası komandanı qurmağımdan ötrü mənə vaxt verdi. Bu qələbə ötən ilin noyabrında, mövsümün ən çətin anında doğuldu. Biz hər şeyi itirə bilərdik, amma duruş gətirdik və bununla da tam özəl dövr başladı. Rəqibə gəldikdə, “Liverpul” yaxşı çıxış etdi və bizə öz oyunumuzu göstərməyə imkan vermədi”.
Rafael Benites (“Liverpul”un baş məşqçisi): “Mən “Milan”ı təbrik etməliyəm. Amma biz birinci hissədə oyuna nəzarət edirdik. Qapımıza vurulan ilk qolda bəxtimiz heç gətirmədi. Həm də hakim Herbert Fandel ikinci hissədə ləngimələrə sərf olunan vaxtı tam kompensasiya etmədi. İndi əsas odur ki, gələcək üçün çalışaq və daha güclü komandaya çevrilək. Fikrimcə, “Milan”a məğlubiyyətdən sonra özümüzə gələ biləcəyik. Hər halda, üç ildə iki dəfə Çempionlar Liqasının finalına çıxmısansa, bir daha eyni halı təkrarlayacağını düşünməyə borclusan”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR