Bank Of Baku

Şərur şəhərində idman kompleksi inşa olunacaq

Şərur şəhərində idman kompleksi inşa olunacaq
# 24 may 2007 08:57 (UTC +04:00)
Şərur şəhərində İdman Kompleksi inşa olunacaq. APA-nın Naxçıvan bürosunun məlumatına görə, bunun üçün 6 hektar ərazidə tikinti üçün müvafiq yer ayrılıb. Müasir standartlara uyğun inşa olunacaq kompleksin əsas korpusunda güləş, boks və əl oyunları üçün müvafiq şərait yaradılacaq, tennis kortu qurulacaq. Bundan əlavə, idman kompleksinin layihəsinə uyğun olaraq ərazidə 32 otaqdan ibarət mehmanxana, üzgüçülük hovuzu yaradılacaq, kompleksin həyətində isə açıq basketbol və voleybol idman meydançaları, qapalı əl oyunları meydançası, 4 min tamaşaçı yeri olan futbol meydançası istifadəyə veriləcək. Ərazidə həmçinin ayrı-ayrı xidmət sahələrinin yaradılması da nəzərdə tutulur. İdman Kompleksinin inşası “Gəmiqaya LTD” tikinti şirkəti tərəfindən həyata keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR