Bank Of Baku

Yunis Hüseynov: “Sərfəli təklif olarsa, “Karvan”da qalacağam”

Yunis Hüseynov: “Sərfəli təklif olarsa, “Karvan”da qalacağam”
# 24 may 2007 09:40 (UTC +04:00)
“Komandamız başa çatan mövsümdə zəif çıxış edərək, adına yaraşmayan yeri tutdu”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Karvan” klubunun baş məşqçisi Yunis Hüseynov bildirib. 42 yaşlı çalışdırıcı XV Azərbaycan çempionatını 7-ci yerdə başa vuran “Karvan”ın uğursuz çıxışında legioner limitinin böyük təsirinin olduğunu söyləyib: “Ötən mövsüm öncəsi legionerlərə qoyulan limitin dəyişdirilməsi komandamızın çıxışına öz mənfi təsirini göstərdi. Legionerlərə qoyulan limitin “3+2” olması və yerli futbolçular sarıdan korluq çəkməyimiz işimizi çətinləşdirdi”. Y.Hüseynov “Karvan”la müqaviləsinin müddəti başa çatdığından, bu klubda qalıb-qalmayacağının dəqiqləşmədiyini qeyd edib: “Artıq müqaviləm başa çatıb. Bu klubda fəaliyyətimi davam-etdirməyəcəyim hələlik bəlli deyil. Rəhbərliklə gələcək əməkdaşlığa dair söhbətim olmayıb. Taleyim danışıqların nəticəsindən asılı olacaq. Eyni zamanda, komandada sərfəli təklif müqabilində qalacağam”. Y.Hüseynov “MKT-Araz” və “İnter” klublarına keçəcəyi barədə yayılan xəbərlərə də aydınlıq gətirib: “Başqa klubları çalışdıracağımla bağlı söz-söhbətlər gəzsə də, bu, reallaşmır. Ötən il də belə olub”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR