Bank Of Baku

AFFA Respublika Prokurorluğuna müraciət edəcək

AFFA Respublika Prokurorluğuna müraciət edəcək
# 24 may 2007 13:33 (UTC +04:00)
AFFA “Neftçi” rəhbərliyinin sabiq FİFA referisi İmanxan Sultaniyə qarşı ittihamları əsasında Respublika Prokurorluğuna müraciət edəcək. Bu haqda “APA-Sport” agentliyinə AFFA prezidentinin köməkçisi Ələddin Ağayi məlumat verib. Ə.Ağayinin sözlərinə görə, bu gün milli assosiasiya rəsmiləri ilə İ.Sultani arasında görüş olub: “Bu gün Sultanini AFFA-ya dəvət edərək, ondan “Neftçi”nin irəli sürdüyü ittihamların nədən qaynaqlandığını soruşduq. Sultani özü haqqında deyilənləri təkzib edərək, bunları böhtan adlandırdı. Telefon danışığının montaj edildiyini söylədi”.
İ.Sultani isə məsələnin araşdırılması üçün AFFA prezidenti Ramiz Mirzəyevə məktub ünvanlayıb. AFFA rəhbərliyi məsələyə hüquq-mühafizə orqanlarını cəlb etmək qərarına gəlib. Bu məqsədlə İ.Sultaninin müraciəti, “Neftçi” tərəfindən təqdim olunan məktub və disk Respublika Prokurorluğuna göndəriləcək.
Qeyd edək ki, “Neftçi” Azərbaycan çempionatının XXV turu çərçivəsində “Olimpik”lə görüşdə İ.Sultaninin qərəzli idarəçiliyindən şikayətlənib. Oyundan sonra İ.Sultani ilə naməlum şəxsin telefon söhbəti diskə yazılıb. Həmin söhbətdə “Olimpik”lə matçda “Neftçi”nin qələbəsinə imkan verməyəcəyi halda, hakimə 30 min dollar mükafat vəd edildiyi məlum olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR