Bank Of Baku

İlqar Qurbanov “Xəzər-Lənkəran” klubundan qovulub

İlqar Qurbanov “Xəzər-Lənkəran” klubundan qovulub
# 25 may 2007 09:34 (UTC +04:00)
İlqar Qurbanov “Xəzər-Lənkəran” klubundan qovulub. Milli komandanın 21 yaşlı yarımmüdafiəçisi artıq transferə çıxarılıb. “APA-Sport” agentliyinin məlumatına görə, klub rəhbərliyi İ.Qurbanovun nizam-intizam qaydalarını pozduğuna və son zamanlar əsas heyətə nadir hallarda salınmasına qeyri-peşəkarcasına etiraz etdiyi üçün transferə çıxarmağı lazım bilib. Futbolçunun çempionatın son turunda “Gilan”la səfər oyununda baş məşqçi Ağasəlim Mircavadova öz etirazını kəskin şəkildə bildirdiyi üçün haqqında belə ölçü götürülüb. İ.Qurbanovun ikinci dövrədə əsas heyətdə yerini itirməsi faktına qeyri-peşəkar münasibət göstərməsi nəticəsində rəhbərlik ona növbəti xəbərdarlıq etməyi lazımsız bilərək, transferə çıxarmaq qərarını verib.
Qeyd edək ki, Türkiyənin “Fənərbaxça” klubunun əvəzedici komandasından “Xəzər-Lənkəran” transfer edilən İ.Qurbanov 2005-ci ildən bu komandada çıxış edirdi. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR