Bank Of Baku

Bakıda “Caspian Energy Kuboku” beynəlxalq uşaq futbol turniri keçiriləcək

Bakıda “Caspian Energy Kuboku” beynəlxalq uşaq futbol turniri keçiriləcək
# 25 may 2007 11:38 (UTC +04:00)
Xəzər İnteqrasiya İşgüzar Klubu (CIBC) yeni layihənin icrasına “Caspian Energy Kuboku” beynəlxalq uşaq futbol turnirinin təşkilinə başlayıb. APA-nın məlumatına görə, CIBC-nin prezidenti və baş icraçı direktoru Telman Əliyev bildirib ki, turnir uşaq futbolunun inkişafına daha çox diqqətin cəlb olunmasına, onun populyarlaşmasına, eləcə də kommersiya təşkilatları tərəfindən bu işə vəsaitin cəlb edilməsi üçün əlavə zəmin yaradılmasına kömək edəcək: “Dünya şöhrətli futbolçuların 70%-dən çoxu öz karyerasına məhz uşaq futbolundan başlayıb”.
“Caspian Energy Kuboku” turnirinin bu ilin setyabr ayında keçirilməsi planlaşdırılır. Hər il keçiriləcək bu turnir 10 gün davam edəcək. Turnir əvvəlcə “dairəvi” sistem, sonra isə “olimpiya” sistemi üzrə (yarımfinal və final). Birinci il yarışda səkkiz komandanın iştirakı nəzərdə tutulub.
Qeyd edək ki, hazırkı turnir yerli KİV-də işıqlandırılacaq, final matçı isə aparıcı telekanallardan biri ilə birbaşa nümayiş olunacaq. Turnirdə iştirak etmək niyyətində olan bütün tərəflər CIBC-nin təşkilat komitəsinə müraciət edə bilər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR