Bank Of Baku

Rövnəq Abdullayev Qurban Qurbanovun baş məşqçi kimi debütünü uğurlu sayıb

Rövnəq Abdullayev Qurban Qurbanovun baş məşqçi kimi debütünü uğurlu sayıb
# 25 may 2007 14:29 (UTC +04:00)
“Rövnəq Abdullayev mənim baş məşqçi kimi debüt ilimdə komandanın çıxışını uğurlu sayaraq, buna görə minnətdarlığını bildirdi”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Neftçi” klubunun baş məşqçisi Qurban Qurbanov deyib. O, klub prezidenti Rövnəq Abdullayevlə görüşünün nəticəsindən razı qaldığını qeyd edib: “Rövnəq Abdullayev məşqçi kimi ilk ildə qazandığım nəticəni uğurlu saydı. O, komandanın sükanı arxasında debüt mövsümündə gümüş medal qazanılmasına görə təşəkkür etdi. Növbəti mövsümdə daha uğurlu çıxış etməklə bağlı fikir mübadiləsi apardıq. Bunun üçün heyətin gücləndirilməsi, hansı mövqelərə yeni oyunçular dəvət olunması müzakirə edildi”. Komandada heyətlə bağlı mütləq dəyişiklərin olacağını bildirən Q.Qurbanov hər mövqeyə yeni oyunçuların dəvət etmək istədiyini söyləyib: “Hər mövqeyə yeni oyunçular dəvət etməklə, heyətin gücləndirilməsini istərdim. Ancaq hansı futbolçuları dəvət edəcəyimiz, komandadan hansı oyunçuların gedəcəyi hələlik bəlli deyil. Yaxın günlərdə bu məsələyə aydınlıq gələcək. “Olimpik” “Neftçi” oyunu ilə bağlı araşdırmanın nəticəsini gözləyirik. Vitse-prezidentimiz Ramin Musayev AFFA prezidenti Ramiz Mirzəyevlə görüşmək fikrindədir. “Olimpik” ilə oyunumuzun yenidən keçiriləcəyinə inanmıram. Hər halda, bu məsələyə son qoyulmasını gözləyirik”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR