Bank Of Baku

Sabah XIII Azərbaycan kubokunun qalibi müəyyənləşəcək

Sabah XIII Azərbaycan kubokunun qalibi müəyyənləşəcək
# 26 may 2007 09:07 (UTC +04:00)
Futzal üzrə XIII Azərbaycan kubokunun qalibi sabah müəyyənləşəcək. “APA-Sport” agentliyinin məlumatına görə, kubokun həlledici görüşündə “Araz” “Miri Qrand” klubu ilə qarşılaşacaq. “Araz”dan fərqli, tarixində ilk dəfə kubokun finalına yüksələn “Miri Qrand”ın heyətində itki var. Belə ki, Saatlı komandasının aparıcı üzvlərindən sayılan Allahverdi Babayev səhhətindəki problemlər ucbatından finalda forma geyinməyəcək. Həmçinin, baş məşqçi Şamil Useynov da oyunu tribunadan izləyəcək. Buna səbəb az öncə Ş.Useynovun AFFA Nizam-İntizam Komitəsi tərəfindən cəzalandırılmasıdır. Futzal Federasiyasının rəhbərliyi finaldan əvvəl Bakı İdman Sarayında xüsusi tədbir keçirəcək. Saat 14:30-da başlanacaq mərasimdə Azərbaycan çempionatının qalibləri “Araz”, “Miri Qrand” və “Start GSM” komandalarına müvafiq olaraq, qızıl, gümüş və bürünc medallar təqdim ediləcək. Bundan başqa, çempionatın ən məhsuldar futzalçısı Rafael Abdulov (“Miri Qrand), ən yaxşı oyunçusu Vitali Borisov (“Araz”) və ən yaxşı qapıçısı Marat Salyanski (“Araz”) mükafatlandırılacaq. Final oyununa saat 15:30-da start veriləcək. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR