Bank Of Baku

Ağasəlim Mircavadov: “Xəzər-Lənkəran”la “MKT-Araz”ın kuboku qazanmaq şansları bərabərdir”

Ağasəlim Mircavadov: “Xəzər-Lənkəran”la “MKT-Araz”ın kuboku qazanmaq şansları bərabərdir”
# 26 may 2007 09:29 (UTC +04:00)
“Xəzər-Lənkəran”la “MKT-Araz”ın kuboku qazanmaq şansları bərabərdir”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. Çalışdırıcının sözlərinə görə, rəhbərlik etdiyi komanda mayın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda “MKT-Araz” klubuna qarşı keçiriləcək final oyununun hazırlığına artıq başlayıb: “Hazırlığa dünəndən başlamışıq. Əslində, milli çempionatda oynaya-oynaya kubokun finalına hazırlaşırdıq. Yəni, hazırlıq plan üzrə gedir”. A.Mircavadov bildirib ki, yetirmələri bütün diqqətlərini finala yönəldiblər: “Kubokla çempionat oyunu bir-birindən fərqlənir. Çünki çempionat uzun marafondur. Kubokda isə uduzan çıxdığından çox diqqətli olmaq lazımdır. Bu baxımdan yetirmələrim bütün diqqətlərini finala yönəldiblər. Rəqibə hörmətlə yanaşırıq və yaxşı klub kimi qəbul edirik. Buna baxmayaraq, mayın 28-də qələbə qazanmaqla “qızıl dubl”a imza atmaq istəyirik”. Həmçinin, baş məşqçi yarımmüdafiəçilər Rahid Əmirquliyevlə İlqar Qurbanovun “MKT-Araz”a qarşı forma geyməyəcəyini söyləyib: “Rahid Əmirquliyev 19 yaşınadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində Avropa çempionatının seçmə mərhələsinə hazırlaşır. İlqar Qurbanov isə transferə çıxarıldığından onun xidmətindən istifadə etməyəcəyəm”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR