Bank Of Baku

AFFA “Olimpik” “Neftçi” görüşündə hakim səhvlərinin olduğunu təsdiq edib

AFFA “Olimpik”  “Neftçi” görüşündə hakim səhvlərinin olduğunu təsdiq edib
# 26 may 2007 10:13 (UTC +04:00)
Bu gün AFFA-nın ekspert komissiyasının növbəti iclası keçirilib. “APA-Sport” agentliyinin məlumatına görə, Səyavuş İbrahimovun sədrlik etdiyi toplantıda “Neftçi” klubunun XV Azərbaycan çempionatının XXV turunda “Olimpik”lə keçirilən oyunda hakim idarəçiliyi ilə əlaqədar şikayət məktubu müzakirə olunub. Ekspert komissiyasının üzvləri Kazbek Tuayev, Rüstəm Rəhimov və Tahir Süleymanov da həmin matçın videoyazısına dəfələrlə baxıblar. Komissiya üzvləri belə qənaətə gəliblər ki, hakimlər həqiqətən bəzi səhvlərə yol versələr də, bu, oyunun nəticəsinə təsir göstərməyib. Bu səbəbdən AFFA-nın ekspert komissiyası şikayət məktubunun “Olimpik” “Neftçi” matçının yenidən keçirilməsinə heç bir əsas vermədiyi qərarı çıxarıblar.
Qeyd edək ki, “Olimpik” “Neftçi” qarşılaşmasını sabiq FİFA referisi İmanxan Sultani idarə edib. “Neftçi” məhz “Olimpik”ə uduzduğundan (1:2) çempionatın qızıl medallarını qazana bilməyib. Oyundan sonra “Neftçi” rəsmiləri AFFA-ya göndərdikləri məktubda İ.Sultaniyə qərəzli idarəçiliyi üçün mükafat vəd olunduğunu yazaraq, qarşılaşmanın yenidən keçirilməsini təklif ediblər. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR