Bank Of Baku

“Xəzər-Lənkəran” mövsümü “qızıl dubl”la başa vurub

“Xəzər-Lənkəran” mövsümü “qızıl dubl”la başa vurub
# 29 may 2007 08:32 (UTC +04:00)
“Xəzər-Lənkəran” və “MKT-Araz” klubları arasında keçirilən final oyunu ilə Azərbaycan kubokunun qalibi müəyyənləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə “Xəzər-Lənkəran” 1:0 hesablı qələbə qazanmaqla, tarixində ilk dəfə kuboka sahib çıxıb. Qələbə topunun müəllifi ikinci hissədə meydan çıxan 21 yaşlı yarımmüdafiəçi Rəşad Kərimov olub. Bununla da “Xəzər-Lənkəran” həm çempionluğu, həm də kuboku qazanaraq, başa çatan mövsümü “qızıl dubl”la başa vurub. AFFA-nın oyundan sonra keçirdiyi və 1966-cı ildə “Neftçi”nin heyətində bürünc medallar qazanan Kazbek Tuayev, Mübariz Zeynalov, Yaşar Babayev, Valeri Hacıyevin iştirak etdiyi mükafatlandırma mərasimində “Xəzər-Lənkəran”ın üzvlərinə həm qızıl medallar, həm də kubok təqdim olunub. Kapitan Mahmud Qurbanovun başı üzərinə qaldırdığı kubok qarşılaşmanı fəxri lojada “Neftçi” klubunun prezidenti Rövnəq Abdullayevlə birgə izləyən “Xəzər-Lənkəran”ın prezidenti Mübariz Mənsimovun yanına aparılıb.
Qeyd edək ki, “Xəzər-Lənkəran” “Qarabağ”, “Kəpəz” və “Neftçi”dən sonra mövsümü “qızıl dubl”la başa vuran dördüncü klub olub. Baş məşqçi Ağasəlim Mircavadov isə 1993-cü ildə Ağdamın “Qaraba𔝠klubundan sonra bir mövsümdə həm çempionluğu, həm də kuboku qazanaraq, bu uğura nail olan yeganə məşqçimiz olub. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR