Bank Of Baku

Ağasəlim Mircavadov: “Qazandığım çoxsaylı titullar mənim üçün adiləşmir, onların hər birinin öz yeri var”

Ağasəlim Mircavadov: “Qazandığım çoxsaylı titullar mənim üçün adiləşmir, onların hər birinin öz yeri var”
# 29 may 2007 08:46 (UTC +04:00)
“Qazandığım çoxsaylı titullar mənim üçün adiləşmir. Onların hər birinin öz yeri var”. Bu fikirləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran” klubunun baş məşqçisi Ağasəlim Mircavadov deyib. A.Mircavadov başa çatan mövsümdə həm çempion, həm də kuboku qazanmalarını birgə əməyin nəticəsi olduğunu söyləyib: “Məşqçilik karyeramda bir dəfə də belə uğurum olub. Çox şadam ki, qurulan proqram əsasında doqquz ayda gördüyümüz iş öz bəhrəsini verdi. Öz işimizlə gərginliyə qalib gəldik ki, bu da məni sevindirir. Əlbəttə, bütün oyunları eyni səviyyədə keçirmədik. Yeni komanda yarandığından bu, başa düşüləndir. Məni ən çox sevindirən “Xəzər-Lənkəran”da kollektiv, ailənin olmasıdır ki, bu möhkəm ailənin böyüyü var. Bu ailə bütün futbol ictimaiyyətinə böyük bir sevinc bəxş etdi, onlara bu gün nümayiş etdirdiyi oyunu ilə istirahət verdi”. A.Mircavadov komandasının tarixində həm ilk çempionluğu, həm də kuboku qazanmasının məntiqə uyğun olduğunu vurğulayıb: “Finala ciddi hazırlaşmışdıq. Qalibin penaltilər seriyasında müəyyənləşəcəyini düşünmürdük. Çünki “MKT-Araz”dan fiziki cəhətdən güclü olduğumuzu hiss edirdik. Öz oyunumuzla həm Azərbaycan çempionu olduq, həm də Azərbaycan kubokunu qazandıq. Bu uğurumuza görə, azarkeşlərimizə təşəkkür edirəm. Biz onları hər yerdə hiss edirdik. Bizi sevməyən, ümumiyyətlə, bütün azarkeşlərə öz minnətdarlığımı bildirirəm”. A.Mircavadov ölkəmizi təmsil edəcəkləri Çempionlar Liqasında layiqincə çıxış edərək, bu turnirdə mümkün qədər çox irəliləməyə çalışacaqlarını qeyd edib. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR