Bank Of Baku

Valentin Xodukin “İnter” klubu ilə yeni müqavilə bağlayıb

Valentin Xodukin “İnter” klubu ilə yeni müqavilə bağlayıb
# 29 may 2007 10:42 (UTC +04:00)
“İnter” ukraynalı baş məşqçisi Valentin Xodukinlə əməkdaşlığını davam etdirəcək. Bu haqda “APA-Sport” agentliyinə klubun bolqarıstanlı prezidenti Georgi Nikolov məlumat verib. G.Nikolov V.Xodukinin komandadakı taleyinə Direktorlar Şurasının toplantısında aydınlıq gəldiyini bildirib: “Direktorlar Şurasının iclasına vitse-prezidentimiz Rauf Məmmədov şəxsi işləri ilə əlaqədar qatıla bilmədi. Mən klubumuz himayədarı, Beynəlxalq Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyevlə Xodukinin məsələsini müzakirə edərək, ona qarşıdakı mövsümdə də şans verməyi qərara aldıq. Xodukinlə müqaviləni daha bir illiyə uzatdıq”.
Qeyd edək ki, 2005-ci ildən “İnter”də işləyən V.Xodukin ilk olaraq, klubun elmi-medotik qrupunun rəhbəri kimi çalışdıqdan sonra, ötən ilin mayından komandanın baş məşqçisi postunu tutur. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR