Bank Of Baku

Kazbek Tuayev: “Georgi Nikolovu tanımıram, heç tanımaq da istəmirəm”

Kazbek Tuayev: “Georgi Nikolovu tanımıram, heç tanımaq da istəmirəm”
# 29 may 2007 10:53 (UTC +04:00)
“Hələlik heç bir komandada işləmək istəmirəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “İnter” klubunun baş məşqçi postuna real namizəd sayılan tanınmış mütəxəssis Kazbek Tuayev deyib. K.Tuayevin sözlərinə görə, daha bir il gözlədikdən sonra baş məşqçi fəaliyyətini bərpa edəcək: “Hesab edirəm ki, hələ bir il də gözləmək lazımdır”. “İnter”lə danışıqlar aparmadığını vurğulayan veteran məşqçi klubun prezidenti Georgi Nikolovu tanımadığını bildirib: “Nikolov kimdir ki? Mən onu tanımıram və tanımaq da istəmirəm. Qoy məni tanısınlar”. K.Tuayev “Neftçi” haqda ümumiyyətlə, danışmaq istəməyib: “Bu komanda barədə danışılası sözüm yoxdur”. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR