Bank Of Baku

Fuad Musayev: “Yığma komanda Xırdalanda bərbad meydanda məşq edirsə, deməli, “Şəfa” stadionu “İnter”ə icarəyə verilməyib, satılıb”

Fuad Musayev: “Yığma komanda Xırdalanda bərbad meydanda məşq edirsə, deməli, “Şəfa” stadionu “İnter”ə icarəyə verilməyib, satılıb”
# 30 may 2007 09:29 (UTC +04:00)
F.Musayevin sözlərinə görə, “Şəfa” stadionunun adını yalnız AFFA rəhbərliyi dəyişə bilər: “Çünki federasiya rəsmiləri arenanın AFFA-ya məxsus olduğunu söyləyirlər. Amma “İnter” rəhbərliyinin “Şəfa”nın adını dəyişmək istəyindən görünür ki, stadionu icarəyə götürməyiblər. Sadəcə, “Şəfa” “İnter”ə satılıb”. AFFA-nın sabiq prezidenti arenanın öz xərclərini ödəyə bilmədiyi üçün icarəyə verildiyi fikirləri ilə də razılaşmayıb. O, stadionda son üç ildə ayrı-ayrı klubların görüşlərini keçirdiyini və bu səbəbdən federasiyanın hesabına kifayət qədər vəsait ödənildiyini xatırladıb: “İcarəyə verilməmişdən əvvəl də stadionun gəlirləri xərclərini ödəyirdi. Üstəlik, milli komandalar “Şəfa”da hazırlıq keçirdilər. Amma indi yığma komandamız Xırdalanda Dövlət Yol Polis İdarəsinin bərbad meydançasında məşq edir. Bu kimi faktlara əsasən, əminliklə deyə bilərəm ki, “Şəfa” stadionu “İnter”ə icarəyə verilməyib, satılıb”.
Qeyd edək ki, AFFA-dan verilən rəsmi məlumata görə, “Şəfa” stadionu fevralın 1-dən Bakının “İnter” klubuna 25 illik icarəyə verilib. Klubun prezidenti Georgi Nikolov isə stadionun adını dəyişmək üzərində düşündüklərini açıqlayıb. /APA-Sport/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR